Satış Komandasının Diqqətinə
Müştərilərlə əlaqə zamanı bu layihəyə olan real ehtiyacı təyin etməkdə dəstək olmağınızı xahiş edirik. Zəhmət olmasa, müştərilər arasında qısa sorğu keçirin və maraqlı olan keysləri qeyd edin.
Computer Vision (Ağıllı Video Analitika)
Mövcud kameraları süni intellektlə gücləndirərək, biznes proseslərini avtomatlaşdıran və hər şeyə nəzarət edən ağıllı video analiz sistemidir.
Məhsul nədir və biznesə nə qazandırır?
Computer Vision — şirkətin mövcud kameralarından gələn videoları süni intellekt vasitəsilə canlı olaraq analiz edən bir sistemdir. Ən böyük üstünlüklərindən biri odur ki, **müştəriyə yeni kamera, avadanlıq və ya hər hansı əlavə cihaz aldırmağa qətiyyən ehtiyac yoxdur.** Müştərinin hal-hazırda istifadə etdiyi kameralardan gələn canlı görüntünü platformaya yönləndiririk və süni intellekt işə düşür.
Bu sistem sayəsində adi kameralar sadəcə video yazmaqla qalmır, real vaxtda qərarlar qəbul edən ağıllı köməkçiyə çevrilir. Biznesin qarşılaşdığı müxtəlif problemlərin və gündəlik tapşırıqların **90%-i** bu süni intellekt platforması tərəfindən çox sürətli şəkildə həll edilə bilir.
Real istifadə nümunələri:
- Kassada nağd pul ödənişinin izləniləsi: Mağazalarda və ya filiallarda kassa əməliyyatları zamanı nağd pullarla edilən ödənişləri süni intellekt kameradan görür, öyrənir və hər hansı şübhəli kənarlaşma olduqda dərhal xəbərdarlıq edir.
- Satış sayğacı (məsələn, kofe sayı): Kafe və ya mağazalarda gün ərzində real olaraq neçə fincan kofenin satıldığını, müştərilərin piştaxtadan hansı məhsulları götürdüyünü avtomatik sayaraq dəqiq hesabat təqdim edir.
- İş təhlükəsizliyinə nəzarət: Tikinti, fabrik və ya istehsalat sahələrində işçilərin təhlükəsizlik geyimlərini (kaska, jilet, maska və s.) düzgün geyinib-geyinmədiyini kameralar vasitəsilə fasiləsiz yoxlayır.
Sistem müştərinin istəyindən asılı olaraq həm internet üzərindən (bulud sistemi ilə), həm də birbaşa müştərinin öz daxili serverlərində tam qapalı və təhlükəsiz şəkildə quraşdırıla bilər.
Ehtiyacı Araşdırma üçün Sorğu Sənədi
Sorğu Faylı
Versiya 1.0